İran ABŞ-nin tankerinə hücum edib
Dünya
358
06 Mar 2026 | 19:47

İran ABŞ-nin tankerinə hücum edib

İran Silahlı Qüvvələri Küveyt sahilləri yaxınlığında ABŞ-nin neft tankerinə hücum edib.

Moderator.az SNN telekanalına istinadən xəbər verir ki, bunu İranın "Hətəm əl-Ənbiya" hərbi komandanlığının qərargahı bildirib.

İran hərbçilərinin məlumatına görə, gəmidə yanğın başlayıb. Zədələnmənin miqyası açıqlanmır. Tankerin nə vaxt hücuma məruz qaldığı da qeyd edilməyib.

Təxminən eyni vaxtda Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Hörmüz boğazında tankerə "altı naməlum mərminin" dəyməsindən sonra partlayış baş verdiyini bildirib.

Link kopyalandı!
Son xəbərlər