İsrailin hava məkanı martın 8-dən tədricən açılacaq
Dünya
399
06 Mar 2026 | 18:25

İsrailin hava məkanı martın 8-dən tədricən açılacaq

İsrail bazar günü, martın 8-dən etibarən ölkənin hava məkanında uçuşları tədricən bərpa etməyə hazırlaşır.

Moderator.az xəbər verir ki, bu barədə İsrail KİV-in yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, əməliyyat qaydaları çərçivəsində saatda maksimum iki dar gövdəli təyyarənin uçuşuna icazə verilir, hər reysdə sərnişinlərin sayı 50 nəfəri ötməməlidir. Uçuşlar İsrailin "El Al", "Israir", "Arkia" və "Air Haifa" aviaşirkətləri tərəfindən həyata keçiriləcək.

Yaxın günlərdə İsrail təhlükəsizlik sahəsindəki vəziyyətdən asılı olaraq, uçuşların miqyasını və yerlərin sayını artırmaq niyyətindədir.

Link kopyalandı!
Son xəbərlər