BƏƏ-nin HHM qüvvələri İranın 9 ballistik raketini məhv edib
Dünya
405
06 Mar 2026 | 18:20

BƏƏ-nin HHM qüvvələri İranın 9 ballistik raketini məhv edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hava Hücumundan Müdafiə qüvvələri bu gün İranın 9 ballistik raketini aşkarlayaraq məhv edib.

Moderator.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bundan başqa, 112 pilotsuz uçuş aparatı aşkar edilib, onlardan 109-u ələ keçirilib, 3-ü isə ölkə ərazisinə düşüb.

"İranın açıq təcavüzünün başlanmasından bəri 205 ballistik raket aşkar edilib, onlardan 190-ı məhv edilib, 13-ü dənizə, 2 raket isə dövlətin ərazisinə düşüb. Bununla yanaşı, İrana məxsus 1 184 pilotsuz uçuş aparatı aşkarlanıb, onlardan 1 110-u ələ keçirilib, 74-ü ölkə ərazisində vurulub", - məlumatda qeyd olunub.

Bildirilib ki, zərərçəkənlərin sayı 112 nəfərə çatıb, onların arasında BƏƏ, Misir, Efiopiya, Filippin, Azərbaycan, Bəhreyn, Türkiyə və digər ölkələrin vətəndaşları var.

Link kopyalandı!
Son xəbərlər