00:59
7°C
Bakı
İsrailin maliyyə naziri Bezalel Smotriçin oğlu Livan sərhədində gedən döyüşlər zamanı yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə "Ynet" saytı məlumat verib.
Bildirilib ki, Bezalel Smotriçin oğlu Livan sərhədində keçirilən hərbi əməliyyat zamanı yüngül xəsarət alıb.
Xatırladaq ki, martın 2-də İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Livanda hərbi əməliyyatların başladığını elan edib.
Son məlumatlara görə, İsrailin Livana endirdiyi zərbələr nəticəsində 102 nəfər ölüb, 638 nəfər yaralanıb.