Polşa şərq bölgəsinə uçuşları qadağan etdi
Dünya
444
06 Mar 2026 | 17:58

Polşa şərq bölgəsinə uçuşları qadağan etdi

Polşanın şərq bölgələrində uçuşlara qadağa qoyulub.

Moderator.az xəbər verir ki, bu barədə ölkənin Hava Naviqasiya Agentliyi (PAŻP) məlumat yayıb.

Agentliyin xəbərinə görə, uçuş qadağası Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığının tələbi ilə "milli təhlükəsizliyin təmin edilməsi zərurəti" səbəbindən tətbiq edilib. Qərar 10 mart - 9 iyun 2026-cı il tarixləri arasında qüvvədə olacaq.

Bildirilib ki, uçuş qadağası mülki və hava təcili yardım təyyarələri üçün istisna olmaqla 3 km-dən aşağı məsafədə uçan bütün təyyarələrə şamil edilir. Sözügedən təyyarələr isə yalnız xüsusi icazə əsasında uçuşu həyata keçirə biləcəklər.

Link kopyalandı!
Son xəbərlər