Aİ təşvişdə: Dünyada raket əleyhinə sistemlər çatışmır
Dünya
400
17:45, Bu gün

Aİ təşvişdə: Dünyada raket əleyhinə sistemlər çatışmır

Avropa İttifaqı Yaxın Şərqdəki gərginlik fonunda dünyada raket əleyhinə sistemlərin çatışmazlığı ilə bağlı həyəcan təbili çalıb.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Xəbərə görə, bu həftə Brüsseldə keçirilən qapalı görüşdə bir neçə Aİ ölkəsinin nümayəndələri qlobal miqyasda raket əleyhinə sistemlərin çatışmazlığı barədə xəbərdarlıq ediblər. Bəzi rəsmilər qeyd ediblər ki, Yaxın Şərqdə müharibə uzanarsa, raket əleyhinə sistemlərin sayı azalacaq.

Agentlikdən bildirilib ki, artıq Avropa ölkələri ehtiyatlarını Ukraynadakı münaqişə çərçivəsində Kiyevə köçürmək üçün cəlb ediblər. Resursların məhdud olması isə avropalıları panikaya salıb.

Qeyd olunur ki, ABŞ hazırda Asiya ölkələrinin istehsal imkanlarından istifadə etməklə arsenalını doldurur. Lakin agentlik bunun hələ də amerikalılar üçün kifayət olmadığını aydınlaşdırıb.

Link kopyalandı!
Son xəbərlər