23:28
6°C
Bakı
Yunanıstan Bolqarıstanı İranın ballistik raketlərindən qorumağa kömək etmək üçün "Patriot" hava hücumundan müdafiə batareyasını və iki "F-16" qırıcısını öz ərazisinin şimalına yerləşdirəcək.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın müdafiə naziri Nikos Dendias bolqarıstanlı həmkarı Atanas Zapryanov ilə telefon danışığından sonra bildirib.
"Atanas Zapryanovla yenidən danışdım və onu Yunanıstanın Bolqarıstanı İrana qarşı ballistik raketlərdən müdafiəsində mümkün olan bütün köməyi göstərəcəyi barədə məlumatlandırdım. Vurğulamaq istəyirəm ki, qeyd olunan addımlar Bolqarıstanın xahişi ilə atılıb", - deyə Dendias bildirib.