Türkiyə İrana uçuşları dayandırdı
Dünya
463
16:57, Bu gün

Türkiyə İrana uçuşları dayandırdı

Türk Hava Yolları (THY) İrana uçuşları martın 20-nə qədər dayandırıb.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sosial media hesabında məlumat verib.

"Bu gündən etibarən THY, "AJet", "Pegasus" və "SunExpress" tərəfindən həyata keçirilən İran, İraq, Suriya, Livan və İordaniyaya uçuşlar martın 9-u günün sonuna qədər dayandırılıb. Bundan əlavə, "Pegasus" martın 12-nə, THY isə martın 20-nə qədər İrana uçuşları cədvəlindən çıxarıb.

Hələb istisna olmaqla, İran, İsrail, İraq, Qətər, Bəhreyn, Küveyt və Suriyanın hava məkanı bağlı qalır. Oman, İordaniya və Səudiyyə Ərəbistanında qismən uçuşlar davam edir, BƏƏ-də isə hava nəqliyyatı nəzarət altındadır və məhdudlaşdırılır", - deyə nazir bildirib.

Link kopyalandı!
Son xəbərlər