FTB-nin kompüter şəbəkəsində şübhəli fəaliyyət - Danışıqların dinlənilməsi proqramına müdaxilə cəhdi
Dünya
455
16:47, Bu gün

FTB-nin kompüter şəbəkəsində şübhəli fəaliyyət - Danışıqların dinlənilməsi proqramına müdaxilə cəhdi

ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) qurumun kompüter sistemlərində qeyri-adi fəallıq müşahidə edib.

Moderator.az xəbər verir ki, bu haqda məlumatı "CBS News" telekanalı yayıb.

Kanal qurumun rəsmi açıqlamasına istinadən bildirir ki, büro öz şəbəkələrində şübhəli aktivlik müəyyən edib və az sonra məsələni aradan qaldırmağa başlayıb.

"Vəziyyətə reaksiya vermək üçün bütün texniki resurslarımızı işə salmışıq. Hazırda hadisə ilə əlaqədar əlavə məlumat verə bilmirik" - deyə, FTB-nin bəyanatında qeyd olunub.

Telekanalın mənbələri dəqiqləşdirib ki, kiberfəaliyyət xüsusilə rəqəmsal kəşfiyyat məlumatlarının toplanması sistemlərində qeydə alınıb. CBS-in verdiyi bilgiyə görə, müdaxilə şübhələri telefon danışıqlarının dinləməsi və zəng məlumatlarının avtomatik qeydiyyatı məqsədləri üçün tətbiq etdiyi proqramda müşahidə olunur.

İnsidentin dəqiq baş vermə vaxtı, arxasında kimlərin dayandığı və ya hər 

Link kopyalandı!
Son xəbərlər