23:47
6°C
Bakı
İsrail Hərbi Hava Qüvvələri Tehranda mühafizə olunan yeraltı bunkerə zərbə endirib.
Moderator.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri öz "Telegram" kanalında paylaşım edib.
Məlumata görə, bu obyekt döyüşlərin ilk günündə öldürülən ali lider Əli Xamenei üçün nəzərdə tutulmuşdu. İsrail tərəfinin versiyasına görə, bunker fövqəladə vəziyyət şərtlərində komandanlıq mərkəzi kimi istifadə üçün uyğunlaşdırılıb.
Ordu qeyd edib ki, hücumda İsrail Hərbi Hava Qüvvələrinin təxminən 50 qırıcı təyyarəsi iştirak edib.