"Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələri İrana istiqamətlənmiş hərbi kampaniyanın növbəti fazasına start verib. Əsas hədəf Tehranın ballistik raket istehsal etmə potensialını sıradan çıxarmaqdır".
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper açıqlayıb.
Admiral Kuper qeyd edib ki, Ağ Ev rəhbəri hərbçilərin qarşısına İranın raket sənayesi bazasını tam şəkildə ləğv etmək vəzifəsini qoyub. "Biz təkcə hazırkı raket ehtiyatlarını hədəf almırıq, eyni zamanda qarşı tərəfin gələcəkdə raket istehsal etmə imkanlarına da zərbə endiririk", - deyə o bildirib.
Kuper həmçinin əlavə edib ki, əməliyyatın cari mərhələsində İranın gələcək raket istehsalı infrastrukturu planlı şəkildə dağıdılacaq və bu proses hazırda sürətli formada icra olunmaqdadır.