Pakistan Əfqanıstanla sülh danışıqları üçün şərtini açıqladı
Dünya
669
06 Mar 2026 | 16:20

Pakistan Əfqanıstanla sülh danışıqları üçün şərtini açıqladı

"Əfqanıstan onun ərazisindən sərhədyanı hücumlar təşkil edən silahlı qruplaşmaları dəstəkləməyi dayandırmasa İslamabad Kabil ilə danışıqlara başlamayacaq".

Moderator.az-ın "Bloomberg" agentliyinə istinadən xəbərinə görə, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərifin Dəftərxanasının nümayəndəsi Müşərrəf Zəidi bildirib:

"Hər hansı danışıqlar olmayacaq. Əfqanıstanda terrorizmə son qoyulmalıdır".

Qeyd edək ki, Pakistan-Əfqanıstan sərhədində vəziyyət son dərəcə gərgin olaraq qalır.

Link kopyalandı!
Son xəbərlər