İki gündə ikinci mübadilə – Rusiya və Ukrayna əsirləri geri qaytardı
Dünya
401
15:31, Bu gün

İki gündə ikinci mübadilə – Rusiya və Ukrayna əsirləri geri qaytardı

Rusiya və Ukrayna arasında son ayların ən böyük əsir mübadiləsi həyata keçirilib.
 
Moderator.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, tərəflər 300-ün 300-ə formulu ilə hərbçiləri qarşılıqlı şəkildə azad ediblər.
 
Bu mübadilə fevral ayında Cenevrədə əldə olunmuş razılaşmaların ikinci mərhələsidir. Martın 5-də reallaşan 200 nəfərlik mübadilə ilə birlikdə, son iki gündə ümumilikdə hər iki tərəfdən 500 nəfər, yəni cəmi 1000 hərbçi evinə qayıdıb. Müdafiə Nazirliyi vurğulayıb ki, bu humanist addımın atılmasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və ABŞ-ın vasitəçilik səyləri mühüm rol oynayıb.
 
Hazırda azad edilən Rusiya hərbçiləri Belarus ərazisindədir və onlara zəruri tibbi-psixoloji yardım göstərilir. Yaxın saatlarda onların reabilitasiya üçün Rusiyaya gətiriləcəyi gözlənilir. Ukrayna tərəfi isə geri qaytarılanlar arasında Mariuopol müdafiəçilərinin, sərhədçilərin və milli qvardiyaçıların olduğunu bildirib. Bu, 2026-cı ilin əvvəlindən bəri həyata keçirilən ən böyük və ardıcıl əsir dəyişimi kimi qeydə alınıb. 
 
Link kopyalandı!
Son xəbərlər