ABŞ İrana quru qoşunları göndərir? - Trampdan KRİTİK AÇIQLAMA
Dünya
477
14:53, Bu gün

ABŞ İrana quru qoşunları göndərir? - Trampdan KRİTİK AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp əməliyyatı uğurla başa çatdırmaq üçün ölkənin quru qoşunlarının İrana göndərilməsi variantını nəzərdən keçirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Time" jurnalı məlumat yayıb.
 
Nəşrin xəbərinə görə, Ağ Ev rəhbəri açıqlamasında bunun öhdəsindən gəlmək əzmində olduğunu vurğulayıb.
 
"Tramp kampaniyanın məqsədlərinə dörd-beş həftə ərzində nail olacağına inandığını söyləsə də, müddətin uzana biləcəyini istisna etməyib. O, istəklərinə çatana qədər səylərini davam etdirəcəklərini bildirib", - deyə "Time" Trampın sözlərinə istinadən yazıb.
 
Nəşrdə qeyd olunub ki, əgər İran hökuməti ölkə daxilində mümkün etirazları yatırmağa çalışarsa rəsmi Vaşinqton kəskin tədbirlər görməyə məcbur ola bilər, yəni ölkəyə quru qoşunlarının göndərilməsi məsələsinə baxa bilər. /oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər