SEPAH elan etdi: İsrailə 21-ci dalğa zərbələri endirildi, Təl-Əvivdə həyəcan siqnalları çalınır
Dünya
1244
06 Mar 2026 | 13:35

SEPAH elan etdi: İsrailə 21-ci dalğa zərbələri endirildi, Təl-Əvivdə həyəcan siqnalları çalınır

Yaxın Şərqdə genişmiqyaslı müharibənin yeddinci günündə gərginlik pik həddə çatıb.
 
Moderator.az xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Doğru Vəd-4" əməliyyatı çərçivəsində İsrailə qarşı 21-ci seriya zərbələrin başladığını elan edib.
 
Məlumata görə, yeni hücum dalğası əsasən Təl-Əvivin mərkəzi hissələrini və ətraf rayonlarını hədəf alıb. Hücumda "Xeybər" tipli ballistik raketlərdən və kamikadze dronlarından geniş istifadə olunub. İsrail mediası xəbər verir ki, hazırda Təl-Əviv, həmçinin ölkənin mərkəzi və şimal bölgələrində hava həyəcanı siqnalları kəsilmir. Şəhər sakinlərinə təcili şəkildə sığınacaqlara enmək tapşırılıb, səmada çoxsaylı partlayış səsləri eşidilir. İsrailin hava hücumundan müdafiə sistemləri raketlərin qarşısını almaq üçün intensiv fəaliyyət göstərir.
 
Xatırladaq ki, fevralın 28-dən başlayan "Kükrəyən Şir" (İsrail) və "Epik Qəzəb" (ABŞ) əməliyyatları nəticəsində İranın ali rəhbərliyi və hərbi komandanlığının böyük hissəsinin məhv edildiyi iddia olunsa da, Tehranın raket cavabları səngimir. Hazırda Tel-Əvivdə dəyən ziyan və itkilər barədə məlumatlar dəqiqləşdirilir.
 
Link kopyalandı!
Son xəbərlər