İran daha intensiv hücumlara başlayacağını elan etdi
Dünya
1108
06 Mar 2026 | 13:02

İran daha intensiv hücumlara başlayacağını elan etdi

“Yaxın günlərdə İranın düşmən mövqelərinə hücumları daha intensiv və genişmiqyaslı olacaq”.
 
Bu barədə İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının Mətbuat Xidməti məlumat verib.
 
ABŞ və İsraillə əlaqəli hədəflərə qarşı bir neçə cəbhədə – hava, dəniz və quru istiqamətlərində əməliyyatların intensivliyinin artırılması planlaşdırılır.
 
İran komandanlığı, həmçinin İsraildəki Ramat David və Meron Hava Bazalarına hücumların olacağını qeyd edib. Bundan əlavə, İslam Respublikası Küveytdə yerləşən ABŞ bazalarına hücum edildiyini vurğulayıb.
 
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
 
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
 
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
 
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. (oxu.az)
 
Link kopyalandı!
Son xəbərlər