ABŞ Hindistana Rusiya neftini almağa icazə verdi
Dünya
294
11:40, Bu gün

ABŞ Hindistana Rusiya neftini almağa icazə verdi

ABŞ Hindistana Rusiya neftinin dənizdə tankerlərlə satışına 30 gün müddətinə icazə verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi iki yüksəkvəzifəli ABŞ rəsmisinə istinadən məlumat verib.
 
Qeyd olunub ki, Tramp bu qərarı qlobal neft bazarına təzyiqi azaltmaq məqsədilə verib.
 
Agentlik bildirib ki, İsrail və ABŞ arasında İranla münaqişə səbəbindən təchizatda fasilələr yaranıb. Bu səbəbdən də Hindistan artıq təcili olaraq milyonlarla barel Rusiya nefti almağa başlayıb.
 
"Bloomberg" də qeyd edir ki, ABŞ, İsrail və İran arasındakı gərginlik fonunda Hindistana Rusiya neftinin tədarükü bərpa olunub. Gəmi trafiki məlumatları da (marinetraffic.com) göstərir ki, əvvəlcə Şərqi Asiyaya göndərilən iki neft karvanı artıq Hindistana doğru istiqamət alıb.
 
Link kopyalandı!
Son xəbərlər