Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ əvvəlcə İrana qarşı hərbi əməliyyatını başa çatdırmaq və sonra Kuba ilə bağlı əlavə tədbirlər planı hazırlamağa başlamaq niyyətindədir.
Moderator.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə deyib: "Marko, sən fantastik iş görürsən. Və Kuba adlı bir yerlə bağlı fantastik iş görürsən. Kuba ilə baş verənlər heyrətamizdir. Amma biz əvvəlcə bunu(İrana qarşı əməliyyat -red.)bitirmək istəyirik".
O, əslən Kubadan olan dövlət katibi Marko Rubioya xitab edib: "Sizin və ABŞ-dan bir çox inanılmaz insanın Kubaya qayıtması yalnız zaman məsələsidir. Ümid edək ki, orada qalmayacaqsınız. Biz sizin geri qayıtmağınızı istəyirik”.
O, həmçinin "Venesuelada işlərin yaxşı getdiyinə" əmin olduğunu bildirib: "Vəziyyət sabitləşib. Bizim Venesuelada gözəl bir prezidentimiz, seçilmiş prezident Delsi Rodrigez var. O və onun ətrafı bizimlə işləyərək fantastik bir iş görürlər. Biz Venesueladan yüz milyonlarla barel neft alırıq və onu Hyustona və digər yerlərə emal üçün göndəririk. Və biz onlara illərdir qazandıqlarından daha çox pul göndəririk".
"The Atlantic" qəzetinin bu yaxınlarda mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ rəhbərliyi Kubaya qarşı hərbi əməliyyatı nəzərdən keçirir. Nəşrin məlumatına görə, Amerika prezidenti və onun administrasiyasının üzvləri "hər şeyi düzgün etdiklərini və hər şeyin planlaşdırıldığı kimi getdiyini" hiss edirlər.