02:26
7°C
Bakı
Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) "Su-30" qırıcısı Assam ştatındakı Karbi-Anqlonq rayonu üzərində uçuş zamanı radarlardan itib.
Moderator.az xəbər verir ki, bu barədə ölkənin HHQ-nin rəsmi nümayəndəsi, hərbi kəşfiyyatın polkovnik-leytnantı Mahendra Ravat "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunub ki, təyyarə ilə cümə axşamı Corhatdakı hərbi bazadan qalxdıqdan sonra əlaqə kəsilib.
Axtarış-xilasetmə işləri davam edir.