Makron: Fransa Livana hərbi dəstəyi gücləndirir
Dünya
236
05 Mar 2026 | 23:20

Makron: Fransa Livana hərbi dəstəyi gücləndirir

Fransa Livan Silahlı Qüvvələrinə dəstəyi gücləndirəcək.

Moderator.az xəbər verir ki, bu barədə ölkə prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

"Fransa Livan Silahlı Qüvvələri ilə əməkdaşlığı gücləndirəcək və onlara zirehli transportyorlar verəcək, həmçinin operativ və logistik dəstək göstərəcək", - Makron yazıb.

Fransa liderinin sözlərinə görə, o, "Hizbullah" hərəkatı və İsrailin hazırda sərhədin hər iki tərəfində apardığı hərbi əməliyyatların dayandırılması üzrə plan hazırlamaq üçün Livan rəhbərliyi ilə danışıqlar aparıb.

"Hizbullah" İsrailə hücumları dərhal dayandırmalıdır. İsrail Livan ərazisində hər hansı quru müdaxiləsindən və ya genişmiqyaslı əməliyyatdan imtina etməlidir", - Makron vurğulayıb.

O əlavə edib ki, Livan hakimiyyəti ölkənin bütün ərazisində təhlükəsizliyi tam təmin etməyə söz verib.

Link kopyalandı!
Son xəbərlər