İran hərbi gəminin vurulmasına görə qisas alacaqlarını bəyan etdi
Dünya
166
05 Mar 2026 | 23:10

İran hərbi gəminin vurulmasına görə qisas alacaqlarını bəyan etdi

İran Silahlı Qüvvələri Şri-Lanka sahillərində IRIS Dena freqatına hücuma görə ABŞ-dən qisas alınacağını bəyan edib.

Moderator.az xəbər verir ki, hərbçilərin bəyanatı İranın dövlət televiziyası ilə yayımlanıb.

"IRIS Dena freqatına hücum döyüş zonasından yüzlərlə kilometr aralıda və əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilib — bu, bütün beynəlxalq və humanitar hüququn normalarını pozur. İran xalqı həlak olanların hamısının qisasını alacaq", - deyə bəyanatda bildirilir.

Link kopyalandı!
Son xəbərlər