Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Vaşinqton Ukraynaya İran dronlarına qarşı mübarizədə dəstək barədə sorğu göndərib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında yazıb.
"Biz ABŞ-dən Yaxın Şərq regionunda "Shahed"lərdən müdafiə üçün konkret dəstək barədə sorğu aldıq. Mən lazımi vasitələrin təqdim edilməsi və zəruri təhlükəsizliyə zəmanət verə biləcək Ukrayna mütəxəssislərinin iştirakının təmin olunması barədə tapşırıq verdim", - Zelenski qeyd edib.
Daha əvvəl "Financial Times" nəşri yazmışdı ki, ABŞ və Fars körfəzinin azı bir dövləti İrana qarşı hərbi əməliyyat çərçivəsində Ukraynadan dron əleyhinə vasitələrin satın alınmasını müzakirə edir. Qəzet qeyd edirdi ki, Ukrayna ucuz dron əleyhinə vasitələr hazırlayıb və onların kütləvi istehsalına başlayıb.