İrandan atılan raket Türkiyənin hava məkanında vurulub - FOTO
Dünya
241
05 Mar 2026 | 22:10

İrandan atılan raket Türkiyənin hava məkanında vurulub - FOTO

İrandan atılan və Türkiyənin hava məkanında məhv edilərək Adıyamanda Atatürk su anbarına düşən raketin qalıqları xüsusi qruplar tərəfindən axtarılır.

Moderator.az bu barədə İHA agentliyinə istinadən xəbər verir.

Qruplar suya düşmüş raketə aid bir hissəni tapıblar. Raketə aid hissə araşdırılması üçün Jandarm Komandanlığına aparılıb. Su anbarında qalan raket parçalarının tapılması üçün işlər görülür.

Eyni zamanda qruplar bölgədəki kənd təsərrüfatı sahələri ərazisində də axtarışlar həyata keçirirlər.

Link kopyalandı!
Son xəbərlər