Müharibənin İsrailə vurduğu həftəlik ziyan
Dünya
292
20:40, Bu gün

Müharibənin İsrailə vurduğu həftəlik ziyan

Əgər ölkə miqyasında iqtisadi fəaliyyətə məhdudiyyətlər qüvvədə qalarsa, İranla müharibədən İsrail iqtisadiyyatına dəyən zərər həftədə 9,4 milyard şekelə (3 milyard dollar) çatacaq.

Moderator.az xəbər verir ki, bu barədə İsrail Maliyyə Nazirliyi məlumat yayıb.

Buna görə də Maliyyə Nazirliyi Daxili Cəbhə Komandanlığına müraciət edərək, müəssisələrin və iş yerlərinin tədricən, qismən yenidən açılmasına imkan vermək üçün məhdudiyyətlərin yumşaldılmasını istəyib.

Qeyd edək ki, israil və ABŞ İrana qarşı hərbi əməliyyatlara 28 fevralda başlayıb.

Link kopyalandı!
Son xəbərlər