Zelenski:
Dünya
140
20:30, Bu gün

Zelenski: "Drujba" neft kəməri ay yarım ərzində fəaliyyətini bərpa edə bilər

Yanvarın sonunda Rusiya tərəfindən ciddi zədələnmiş "Drujba" neft kəməri ay yarım ərzində işə düşə bilər.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski Prezident Ofisində keçirilən müşavirənin yekunlarına dair brifinqdə bildirib.

"Biz məlumat verə bilərik ki, bu ay yarıma "Drujba" neft kəmərinin bərpası mümkündür... Lakin bu o demək deyil ki, dağıdılan hər şey bərpa olunacaq, ola bilsin ki, işlər paralel şəkildə davam edəcək", - Ukrayna Prezidenti deyib.

Eyni zamanda o bildirib ki, Avropa İttifaqı ölkələri tərəfindən Ukraynaya maliyyə yardımının göstərilməsinin "Drujba" kəmərinin yenidən fəaliyyətə başlaması və Rusiya neftinin Macarıstan ilə Slovakiyaya tədarükünün bərpasından asılı olması narahatlıq doğurur.

Link kopyalandı!
Son xəbərlər