22:04
7°C
Bakı
Rusiya müdafiə nazirinin keçmiş birinci müavini Ruslan Tsalikov mənimsəmə və rüşvət ittihamı ilə saxlanılıb.
Moderator.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, Moskva şəhərinin Basman rayon məhkəməsində sabiq məmur barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılacaq.
İstintaq orqanlarının versiyasına görə, Ruslan Tsalikov 2017-ci ildən 2024-cü ilə qədər fəaliyyət göstərən cinayətkar qruplaşma təşkil edib. Bu təşkilatın üzvləri dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi və leqallaşdırılması ilə məşğul olublar. Həmçinin, R.Tsalikov rüşvət almaqda da təqsirləndirilir.