Fransa Müdafiə Nazirliyi: BƏƏ-yə əlavə altı
Dünya
476
17:55, Bu gün

Fransa Müdafiə Nazirliyi: BƏƏ-yə əlavə altı "Rafale" qırıcısı göndərmişik

Fransa öz təhlükəsizliyini təmin etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə əlavə altı "Rafale" qırıcısı göndərib.

Moderator.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Katrin Votren RTL radiostansiyasına bildirib.

"Bizim artıq BƏƏ-də "Rafale" qırıcılarımız var. Razılaşmamız çərçivəsində Ərəb Əmirliklərinə daha altı qırıcı göndərilib", - o qeyd edib.

Nazir həmçinin Yaxın Şərqdə çətin vəziyyətdə qalan Fransa vətəndaşlarının yeni təxliyəsini elan edib.

"Yaxın Şərqdə 400 min insan yaşayır. Biz vətəndaşlarımızın taleyindən çox narahatıq. Onlardan bəziləri dəstək almaq, digərləri isə geri qayıtmaq xahişi ilə bizə müraciət ediblər. Bütün bunlar komandalarımız tərəfindən gündəlik olaraq həll edilir", - o bildirib.

K.Votren qeyd edib ki, ilk növbədə, əhalinin həssas qrupları, yaşlılar və ya müşayiətsiz olan yetkinlik yaşına çatmamış şəxslər təxliyə olunur.

Link kopyalandı!
Son xəbərlər