Federal prokurorlar Bayden barədə istintaqı bağladılar
Dünya
136
17:07, Bu gün

Federal prokurorlar Bayden barədə istintaqı bağladılar

ABŞ-nin federal prokurorları keçmiş dövlət başçısı Co Baydenin əfv sərəncamlarını imzalayarkən avtomatlaşdırılmış qurğudan qanunsuz yararlanması şübhəsi ilə başladılan cinayət işi üzrə istintaqı yekunlaşdırıb.

Moderator.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, federal ittihamçılar sabiq prezident Co Bayden və onun əməkdaşlarının avtomatlaşdırılmış imza aparatından qanunazid istifadəsi ilə əlaqədar cinayət təhqiqatını dayandırıblar.

Telekanalın mənbələrinə əsasən, hüquq-mühafizə orqanları araşdırmanı davam etdirmək üçün yetərli hüquqi baza aşkar etmədikdən sonra dosyenin bağlanmasına qərar verilib.

Mövzu rəsmi sənədlərdəki imzaları mexaniki şəkildə təkrarlayan və "avtomatik qələm" adlanan cihazın tətbiqi ilə əlaqədardır. Mənbə vurğulayır ki, bu cür mexanizmin əvvəllər tətbiq edilməsi imzalanmış əfvlərin legitimliyi ilə bağlı şübhələr yaradırdı.

Link kopyalandı!
Son xəbərlər