19:23
7°C
Bakı
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib.
Moderator.az xəbər verir ki, əsir mübadiləsi "200-ün 200-ə" formatında baş tutub.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əsirlikdən azad olunan rusiyalı hərbçilər hazırda Belarus ərazisindədir.
Rəsmi Moskva Kiyevlə əsir mübadiləsində BƏƏ və ABŞ-ın vasitəçilik etdiyini açıqlayıb.
Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Ukrayna ilə əsir mübadiləsinin martın 6-da davam etdirələcəyini açıqlayıb.
“Rusiya və Ukrayna 5 və 6 mart tarixlərində Cenevrədə əldə edilən razılaşmaların bir hissəsi olaraq 500-500 nisbətində hərbi əsir mübadiləsi aparacaqlar” , - Putinin köməkçisi qeyd edib.