Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin Hərbi Dəniz Qüvvələri İrana istiqamətlənmiş əməliyyat planı çərçivəsində Hörmüz boğazından keçən gəmilərin mühafizəsini təmin etməyə hazırlaşır.
Moderator.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ Energetika Nazirliyinin rəsmisi Kris Raytın bəyanatına əsaslanaraq məlumat yayıb.
Bildirilib ki, bu addım zəruri hesab edilən məqamda reallaşacaq.
Xatırladaq ki, martın 2-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə cəhd edən hər bir tankeri hədəfə alacağına dair xəbərdarlıq edib.
Ardınca SEPAH-ın Hərbi Dəniz Qüvvələri komandanının müavini Məhəmməd Əkbərzadə bəyanatını təkrarlayaraq, İran tərəfinin gəmilərin bu strateji boğazdan istifadəsinə imkan verməyəcəyini vurğulayıb.
Martın 4-də BBC-nin yaydığı məlumata əsasən, Yaxın Şərq regionunda gərginliyin artması səbəbindən Hörmüz boğazında gəmi daşımalarının həcmi ötən həftə ilə müqayisədə 90% enib. Bu azalma neft tankerlərinin İranın nəzarət etdiyi sulardan keçərkən mümkün hücumlardan qorunmaq istəyi ilə əlaqələndirilir.