Şri-Lanka sularında batırılan İran gəmisində ölənlərin sayı artdı
Dünya
1049
13:09, Bu gün

Şri-Lanka sularında batırılan İran gəmisində ölənlərin sayı artdı

Xilasedicilər ABŞ hərbçiləri tərəfindən Şri-Lanka sularında batırılan İrana məxsus "IRIS Dena" gəmisindən 87 meyit çıxarıblar.
 
Moderator.az xəbər verir, bu barədə "ADA Derana" portalı məlumat yayıb.
 
Məlumata görə, sağ qalan 32 heyət üzvü yerli xəstəxanalara yerləşdirilib, onlardan biri reanimasiyadadır.
 
İran hakimiyyət orqanlarının məlumatına görə, gəminin göyərtəsində təxminən 130 dənizçi olub.
 
ABŞ-nin hərb naziri Pit Heqset bildirib ki, ölkəsinin Hərbi Dəniz Qüvvələri tərəfindən beynəlxalq sularda İran gəmisinin batırılması İkinci Dünya müharibəsindən bəri ilk belə hadisədir.
 
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
 
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
 
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
 
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər