Çin hakimiyyəti siyasi mövqeyini açıqladı
Dünya
508
10:52, Bu gün

Çin hakimiyyəti siyasi mövqeyini açıqladı

Çin hakimiyyəti hegemonluğa və güc siyasətinə qətiyyətlə qarşı durmaq, ədalətli beynəlxalq münasibətləri irəli sürmək niyyətindədir.
 
Moderator.az xəbər verir ki, bu barədə ölkənin Xalq Nümayəndələri Yığıncağının növbəti sessiyası zamanı dərc olunan sənəddə deyilir.
 
"Biz müstəqil və sərbəst sülhsevər xarici siyasətə qətiyyətlə sadiq qalacağıq. Qlobal tərəfdaşlıq şəbəkəsini genişləndirəcəyik, hegemonluğa və güc siyasətinə qətiyyətlə qarşı duracağıq, beynəlxalq münasibətlərdə bərabərliyi və ədaləti müdafiə edəcəyik", - deyə sənəddə bildirilib.
 
Çin hakimiyyəti bəyan edib ki, beynəlxalq qaydaların ədalətli və rasional istiqamətdə möhkəmləndirilməsinə kömək etməyə hazırdırlar.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər