Bizi sosial şəbəkələrdən izləyin:
İran Silahlı Qüvvələrinin Baş Qərargahı Türkiyə ərazisi istiqamətində hər hansı raketin buraxılması barədə yayılan məlumatları rəsmən təkzib edib.
Moderator.az xəbər verir ki, bu barədə ölkənin hərbi rəhbərliyi bəyanat yayıb.
Xatırladaq ki, İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.