Çinin müdafiə xərcləri 7 faiz artırılır
Dünya
186
09:02, Bu gün

Çinin müdafiə xərcləri 7 faiz artırılır

2026-cı ildə Çin hakimiyyəti müdafiə xərclərini 7 faiz artıraraq 1,909 milyard yuana (təxminən 277 milyard dollar) çatdırmağı planlaşdırır.
 
Moderator.az xəbər verir ki, bu, Çin 14-cü çağırış Ümumxalq Xalq Nümayəndələri Konqresinin (NPC, parlament) dördüncü sessiyasının ilk günündə dərc olunmuş layihədə əksini tapıb.
 
Layihədə qeyd olunur ki, "müntəzəm xərclər ciddi şəkildə məhdudlaşdırılmalı, xarici siyasət və milli müdafiə xərclərinin maliyyələşdirilməsinə, təhsilə, elm və texnologiyaya, maddi resursların mərkəzi ehtiyatlarının yaradılmasına və dövlət istiqrazları üzrə kuponların ödənilməsinə üstünlük verilməlidir".
 
Sənədə əsasən Çində həmçinin 2026-cı ildə ictimai təhlükəsizlik xərclərinin 258,27 milyard yuana (37,42 milyard dollar) çatacağı gözlənilir. Bu, 2025-ci illə müqayisədə 5,9 faiz artımdır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər