03:40
6°C
Bakı
İraq elektrik enerjisinin tam kəsilməsi ilə üzləşib.
Moderator.az xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-i İraqın Energetika Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, elektrik stansiyalarının və elektrik ötürücü xətlərinin fəaliyyətinin bərpası üzrə işlərə başlanılıb. Kəsilmənin səbəbi araşdırılır.
Son günlər İraq İsrail, İran və ABŞ arasındakı münaqişənin gərginləşməsi ilə əlaqədar zərbələrə məruz qalıb.