Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
Dünya
185
04 Mar 2026 | 22:55

Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib

Böyük Britaniya Fransa Prezidenti Emmanuel Makronun təqdim etdiyi yenilənmiş nüvə doktrinasını dəstəkləyib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisinin yaydığı bəyanatda bildirilib.

"Prezident Makronun nüvə məsələləri üzrə müttəfiqlərlə daha sıx əməkdaşlıqla bağlı irəli sürdüyü təklifləri alqışlayırıq", - deyə bəyanatda qeyd olunub.

Sənəddə həmçinin vurğulanıb ki, Böyük Britaniya və Fransa Avropaya yönələn təhdidlərin qarşısını almaqda qətiyyətlidir.

Qeyd edək ki, Emmanuel Makron daha əvvəl "irəliləyən çəkindirmə" konsepsiyasını təqdim edib. Bu çərçivədə Paris nüvə arsenalının tərkibini məxfi saxlayacaq, eyni zamanda Fransa Avropa İttifaqındakı tərəfdaşlarının da nüvə proqramında iştirakını nəzərdə tutur.

Almaniya hökuməti artıq bu proqramda iştirak edəcəyini açıqlayıb, Polşa isə qoşulmaq niyyətini bildirib.

Link kopyalandı!
Son xəbərlər