İsrailin Livana endirdiyi zərbələr nəticəsində bazar ertəsindən etibarən azı 72 nəfər həlak olub, 437 nəfər yaralanıb.
Moderator.az Yaxın Şərq KİV-inə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat verilib.
Livanın Sosial İşlər Nazirliyi isə ölkənin cənub rayonlarından təxminən 20 min ailənin köçürüldüyünü bildirib.
Bundan əvvəl İsrail Ordusu (SAXAL) ölkə hərbçilərinin Livanın cənubunda ön müdafiə mövqeləri tutduğunu təsdiqləyib.
Bəyanatda qeyd olunub ki, İsrail hərbçiləri Şimali İsrail sakinlərinə qarşı təhlükəni aradan qaldırmaq və əlavə müdafiə xətti yaratmaq məqsədilə bölgədə mövqelərini gücləndiriblər. Ordunun vəziyyətin istənilən inkişafına hazır olduğu vurğulanıb.
İsrail tərəfi həmçinin bildirib ki, şiə hərəkatı "Hizbullah" İran rejimini dəstəkləmək üçün İsrailə qarşı hücum yolunu seçib və bunun nəticələri ilə üzləşəcək.