ABŞ İrana qarşı sanksiyaların müddətini uzatdı
Dünya
148
22:00, Bu gün

ABŞ İrana qarşı sanksiyaların müddətini uzatdı

ABŞ Prezidenti Donald Tramp İrana qarşı 1995-ci ildən qüvvədə olan bir sıra sanksiyaların müddətini daha bir il uzadıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi sənədlərinin dərc olunduğu Federal Reyestrdə yayımlanan bildirişdə qeyd olunub.

Söhbət 1995-ci ildə imzalanmış fərman əsasında tətbiq edilən məhdudiyyətlərdən gedir. Sonrakı illərdə bu sanksiyalar dəfələrlə genişləndirilib, sərtləşdirilib və uzadılıb. Məhdudiyyətlər, xüsusilə ABŞ şirkətlərinə İranın neft-qaz sektorunda fəaliyyət göstərməyi qadağan edir.

Sənəddə bildirilir ki, İran hakimiyyətinin siyasəti, o cümlədən raket və digər silahların hazırlanması, regionda apardığı fəaliyyət, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun fəaliyyəti ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhlükə kimi qiymətləndirilir.

Link kopyalandı!
Son xəbərlər