22:22
7°C
Bakı
Rusiya Ukrayna ordusunun tərkibində döyüşmüş və Rusiya Silahlı Qüvvələri tərəfindən əsir götürülən iki Macarıstan vətəndaşını azad edəcək.
Moderator.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Macarıstan xarici işlər naziri Peter Siyarto ilə görüşündə açıqlayıb.
Putin Ukrayna ordusuna məcburən çağırılan iki Macarıstan vətəndaşının azad edilməsini tapşırdığını və Macarıstanın xarici işlər naziri Peter Siyartonun onları özü ilə aparacağını söyləyib.
Qeyd edək ki, Putin Kremldə Macarıstan XİN başçısını qəbul edib.