23:04
6°C
Bakı
İran Bağdadda yerləşən "Viktoriya" adlı NATO hərbi bazasına yenidən zərbə endirib.
Moderator.az IRIB-ə istinadən xəbər verir ki, ABŞ hərbi qüvvələrinin yerləşdiyi bazada bir neçə güclü partlayış səsləri eşidilib.
Hücumun nəticələri və mümkün itkilər barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, martın 2-də də İran hərbi qüvvələri həmin bazaya zərbə endirib. KİV-in məlumatına görə, hücum nəticəsində ABŞ-yə məxsus "Palm Jet" təyyarəsi zədələnib, həmçinin uçuş-enmə zolağına ziyan dəyib. Bildirilir ki, baza üç kamikadze pilotsuz uçuş aparatı ilə vurulub.