Küveyt İraqın müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edib
Dünya
137
19:25, Bu gün

Küveyt İraqın müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edib

Küveyt Xarici İşlər Nazirliyi İraqın müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, buna səbəb İraq ərazisində fəaliyyət göstərən silahlı qruplaşmaların Küveyt ərazisinə hücumları olub.

Nazir müavini Əziz əd-Deyxani bildirib ki, İraq və ya hər hansı qonşu ölkənin ərazisindən Küveytə qarşı hücumların həyata keçirilməsi beynəlxalq hüquqa görə təcavüz aktı hesab olunur və ərazi bütövlüyü prinsiplərinə ziddir. O, İraq hakimiyyətini bu hücumların qarşısını almaq üçün praktik tədbirlər görməyə çağırıb.

Nazirliyin məlumatına görə, martın 3-də İraqın şiə silahlı qruplaşmaları Küveyt ərazisinə zərbələr endirib. Nəticədə mülki şəxslər və hərbçilər arasında itkilər olub, həmçinin ciddi maddi ziyan dəyib.

Link kopyalandı!
Son xəbərlər