20:49
7°C
Bakı
ABŞ-nin endirdiyi zərbələr nəticəsində İran 20-dən çox hərbi gəmisini itirib.
Moderator.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn mətbuat konfransında açıqlama verib.
"Biz İranın 20-dən çox hərbi gəmisini məhv etmişik. Onların arasında bir freqat və bir sualtı qayıq da var. Hazırda əməliyyat bölgəsində İranın dənizdəki hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə neytrallaşdırmışıq", - deyə o bildirib.
Daha əvvəl isə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper Amerika hərbçilərinin 17 İran gəmisini, o cümlədən bir sualtı qayığı məhv etdiyini açıqlayıb.