20:49
7°C
Bakı
Qətər Silahlı Qüvvələri sübh tezdən İran tərəfindən atılan iki qanadlı raketin və 10 pilotsuz uçuş aparatının (PUA) qarşısını uğurla alıb.
Moderator.az xəbər verir ki, bu barədə əmirliyin Müdafiə Nazirliyi özünün "X" sosial şəbəkə hesabında yaydığı məlumatda bildirib.
Nazirliyin açıqlamasında qeyd olunur ki, Qətər dövləti sübh tezdən İran İslam Respublikası istiqamətindən atılan 10 pilotsuz uçuş aparatı və iki qanadlı raketin hücumuna məruz qalıb.
Məlumata əsasən, hava hücumundan müdafiə sistemləri altı PUA-nı zərərsizləşdirib. Hərbi Hava Qüvvələri iki qanadlı raketi və daha iki PUA-nı vurub. Hərbi Dəniz Qüvvələri isə qalan iki pilotsuz uçuş aparatının qarşısını alıb.