ABŞ-nin müharibə naziri İranda kürd qruplarına dəstək məsələsinə aydınlıq gətirib
Dünya
150
18:35, Bu gün

ABŞ-nin müharibə naziri İranda kürd qruplarına dəstək məsələsinə aydınlıq gətirib

Bizim məqsədlərimizin heç biri hər hansı bir xüsusi qüvvənin dəstəklənməsi və ya silahlandırılması üzərində qurulmayıb.

Moderator.az xəbər verir ki, bu sözləri ABŞ-ın müharibə naziri Pit Heqset kürd silahlılarının İrana qarşı istifadə edilməsi məsələsinə münasibət bildirərkən deyib.

O, İrana qarşı hava zərbələri nəticəsində mülki obyektlərin zərər görməsinə də münasibət bildirib. Nazir mülki obyektlərin onların hədəfi olmağını deyib.

“Əlbəttə ki, biz mülki hədəfləri heç vaxt hədəf almarıq”, - o qeyd edib.

Heqset İranda qızlar məktəbinə edilən hücumun hazırda araşdırıldığını bildirib.

Link kopyalandı!
Son xəbərlər