NATO-dan İranın Türkiyəni hədəfə almasına reaksiya
Dünya
142
18:07, Bu gün

NATO-dan İranın Türkiyəni hədəfə almasına reaksiya

NATO İranın Türkiyəni hədəfə almasını qınayıb.

Bu barədə Moderator.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, NATO nümayəndəsi İran ərazisindən atılan, İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına doğru irəliləyən, lakin Şərqi Aralıq dənizi bölgəsində yerləşdirilən NATO hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən ballistik raketlə bağlı ilk rəsmi açıqlama verib.

"İranın Türkiyəni hədəfə almasını pisləyirik", - deyə o bildirib.

"Hava və raketdən müdafiə də daxil olmaqla, çəkindirmə və müdafiə qabiliyyətlərimiz güclü şəkildə davam etdirilir. İranın bütün bölgədə ayrı-seçkilik etmədən həyata keçirdiyi hücumlar qarşısında NATO Türkiyə də daxil olmaqla, bütün müttəfiqlərinin yanında qətiyyətli şəkildə dayanmaqdadır", - deyə NATO nümayəndəsi əlavə edib.

Link kopyalandı!
Son xəbərlər