18:13
8°C
Bakı
NATO İrandan Türkiyə istiqamətinə raket atılmasını pisləyib.
Moderator.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart deyib.
“İranın regionda fərq qoymadan həyata keçirdiyi hücumlar fonunda NATO Türkiyə də daxil olmaqla müttəfiqlərini qətiyyətlə dəstəkləyir”,- Hart bildirib.
Qeyd edək ki, Türkiyə İran tərəfindən atılan raketi öz hava sahəsi yaxınlığında zərərsizləşdirib.