Bizi sosial şəbəkələrdən izləyin:
İran ABŞ ilə artıq heç bir danışıqlar aparmaq niyyətində olmadığını və müharibəni lazım olduğu qədər davam etdirməyə hazır olduğunu açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə İranın ali rəhbərinin müşaviri Məhəmməd Moxber bildirib.
“Biz amerikalılara etibar etmirik və onlarla heç bir danışıqlar aparmaq niyyətində deyilik. Zərurət yaranarsa, səkkizillik Müqəddəs Müdafiə dövründə (1980-1988-ci illər İran-İraq müharibəsindən bəhs olunur - red.) olduğu kimi müharibəni istədiyimiz qədər davam etdirə bilərik”, – deyə o bildirib.
Onun sözlərini “Tasnim” agentliyi yayıb.