Oğul Xamenei İranı xilas edə biləcək?
Dünya
162
12:55, Bu gün

Oğul Xamenei İranı xilas edə biləcək?

İranın öldürülən Ali dini Lideri Əli Xameneinin oğlu Müctəba Xamenei İslam Respublikasının növbəti lideri seçildi. Oğul Xameneinin seçilməsi proseslərə necə təsir göstərəcək? Bu hadisə-Ali liderin seçilməsi İranın toparlanmasına, müharibənin dayanmasına gətirib çıxaracaqmı?
 
Moderator.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, qarşıdakı bir həftədə bu suallara daha çox aydınlıq gəlmə ehtimalı var. Bu gün üçün dəqiq fikir söyləmək çətindir:
 
“Müctəba Xamenei şübhəsiz atası qədər böyük nüfuza sahib deyil. Atası uzun illər hakimiyyətdə oldu və bu illərdə İran daxilində nüfuz sahibi olmuşdu. Yeni ali liderin atası qədər birləşdirici olub-olmayacağını indidən dəqiq söyləmək çətindir. Məsələnin başqa bir tərəfi də var ki, o, atası Seyid Əli Xameneinin siyasətini davam etdirəcəyi halda ABŞ və İsrail onu da hədəfə alacaqlar və neytrallaşdırmağa çalışacaqlar. Bu halda müharibə daha da şiddətlənəcək.
 
Oğul Xameneinin Ali dini lider seçilməsinin müharibəni dayandırıb-dayandırmayacağı və İranı xilas edib-etməyəcəyi barədə qarşıdakı bir həftə keçdikdən sonra daha dəqiq fikir söyləmək mümkün olacaq. Müharibə o halda dayanacaq ki, yeni ali dini lider Amerika ilə danışıqlara getməyə razılaşacaq və şərtləri qəbul edəcək. Amma bunun da reallaşacağını bu gün yüksək qiymətləndirmək üçün ciddi arqumentlər yoxdur”.
 
Link kopyalandı!
Son xəbərlər