Bizi sosial şəbəkələrdən izləyin:
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailə qarşı növbəti əməliyyatlarda hədəflərə 40-dan çox raket atıb.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
"Bir neçə saat əvvəl SEPAH-ın qüvvələri tərəfindən ABŞ-İsrail hədəflərinə 40-dan çox raket buraxılıb. "Əsl vəd-4" əməliyyatının 17-ci mərhələsi həyata keçirilib", - deyə SEPAH-ın yaydığı məlumatda bildirilib.