İrana qarşı hərbi əməliyyatlarda iştirak edən ABŞ hərbçilərinin SAYI BİLİNDİ
Dünya
257
10:05, Bu gün

İrana qarşı hərbi əməliyyatlarda iştirak edən ABŞ hərbçilərinin SAYI BİLİNDİ

"İrana qarşı hərbi əməliyyatlar başlayandan bəri ABŞ ordusu İranın sualtı qayıqlar da daxil olmaqla 17 gəmisini məhv edib".
 
Moderator.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bredli Kuper bildirib.
 
"ABŞ-nin "B-2" və "B-1" strateji bombardmançıları hədəflərə dəqiq zərbələr endiriblər. Hazırda Fars körfəzində, Hörmüz boğazında və Oman körfəzində heç bir İran gəmisi yoxdur. Biz hücum əməliyyatlarını davam etdirəcəyik. Əməliyyatlara 50 mindən çox ABŞ hərbçisi və 200-dən çox hərbi təyyarə cəlb olunub, zərbələr isə gecə-gündüz həyata keçirilir.
 
Artıq 2 mindən çox sursatdan istifadə edərək təxminən 2 min hədəfi vurmuşuq. İranın hava hücumundan müdafiəsini ciddi şəkildə zəiflətmişik və yüzlərlə İran ballistik raketini, buraxılış qurğusunu və pilotsuz uçuş aparatını məhv etmişik", - deyə komandanlığın rəhbəri bildirib.
 
Kuper təsdiq edib ki, İran əməliyyatın başlanğıcından ABŞ hədəflərinə, İsrailə və ABŞ-nin müttəfiqi olan regionun ərəb ölkələrinə qarşı cavab hücumlarında 500-dən çox ballistik raket və 2 mindən çox PUA buraxıb.
 
O vurğulayıb ki, Tehranın zərbə endirmə qabiliyyəti azalır.
 
Link kopyalandı!
Son xəbərlər